Çin Qış Olimpiya Oyunlarına hazırlıq üçün vergi güzəşti tətbiq edəcək | Banco.az

Çin Qış Olimpiya Oyunlarına hazırlıq üçün vergi güzəşti tətbiq edəcək

Çin Xalq Respublikası hökuməti 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının təşkili üçün hazırlıq işlərində iştirak edən fiziki şəxslərə və təşkilatlara vergi güzəştinin tətbiq olunmasını qərara alıb.

Vergi güzəştindən faydalanacaq tərəflər arasında Qış Olimpiya Oyunlarının sponsorları, televiziya və radio verilişləri şirkətləri, eləcə də idman məşqçiləri də var. Onlar sahibkarlıq fəaliyyətinə görə mənfəət vergisindən, gəlir vergisindən, əlavə dəyər vergisindən, istehlak vergisindən və digər yığımlardan azad ediləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, növbəti Qış Olimpiya Oyunlarının açılışı 2022-ci il fevralın 4-də Çinin paytaxtı Pekində olacaq.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et