Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin hökuməti onlayn kompüter oyunlarına vaxt və pul sərf etməyə məhdudiyyətlər qoymağa hazırlaşır.
Banco.az xəbər verir ki, Milli Mətbuat və Nəşrlər İdarəsi (NPPA) onlayn oyun məzmunu və mübadiləsini tənzimləmək üçün qanun layihəsini açıqlayıb.
Bu layihəyə müvafiq olaraq, onlayn oyun nəşri şirkətlərindən istifadəçilərin oyundaxili alışlarını, gündəlik qeydlərini və oyunda keçirdikləri vaxtı heç bir yaş məhdudiyyəti qoyulmadan məhdudlaşdırmaqla "məntiqsiz xərcləmə davranışına" nəzarət etmələri istənilib.
Digər tərəfdən, “milli təhlükəsizliyə risk törədən” və “milli reputasiya və maraqlara xələl gətirən” oyun məzmununun qadağan ediləcəyi bildirilib.
Qanun layihəsi açıqlandıqdan sonra Honkonq fond birjasında Çinin ən böyük onlayn oyun nəşriyyatlarından biri olan “Tencent”in səhmləri ötən həftənin sonuncu ticarət günü 12,4 faiz, “NetEase”in səhmləri isə 24,6 faiz dəyər itirib.
Bizi sosial şəbəkələrdən izləyin!!