Çin kredit faizlərini aşağı salıb | Banco.az

Çin kredit faizlərini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin bir illik və beş illik əsas kredit faizlərinin hər birini 10 baza bəndi aşağı salıb.

Banco.az xəbər verir ki, Çin Xalq Bankı (mərkəzi bank) ləngiyən iqtisadi bərpanı dəstəkləmək üçün faiz endirimlərini davam etdirib.

Bank ekspert proqnozlarına uyğun olaraq 1 illik kreditlər üzrə əsas faiz dərəcəsini (LPR) 10 baza bəndi azaldaraq 3,65 faizdən 3,55 faizə endirib. 5 illik LPR dərəcəsi isə 4,30 faizdən 4,20 faizə endirilib.

Mərkəzi bankın bu qərarından sonra ofşor yuan ABŞ dollarına nisbətdə 0,13 faiz ucuzlaşaraq 7,172 səviyyəsində ticarət edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et