Müəllif: Tamara Mustafayeva, Banco.az
İqtisadçılar Çinin artım proqnozlarını azalan istiqamətdə nəzərdən keçirməyə davam edirlər.
Banco.az xəbər verir ki, “Bloomberg” nəşri tərəfindən həyata keçirilən sorğuda iştirak edən iqtisadçıların cari il üzrə Çin iqtisadiyyatına dair artım proqnozu orta hesabla 5,1 faizə geriləyib ki, ötən sorğuda bu göstərici 5,2 faiz idi.
Bu nəzərdən keçirilmə əsasən üçüncü rüb üzrə proqnozların aşağı düşməsi ilə əlaqədardır. Belə ki, iqtisadçılar Çinin bu rübdə 4,6 faiz deyil, 4,4 faiz artım göstərəcəyini düşünürlər. 2024-cü il üzrə artım proqnozu da 4,5 faizlə hökumətin 5 faizlik hədəfindən uzaqdır.
Qeyd edək ki, Çin Xalq Bankından (mərkəzi bank) təşviq gözləntiləri də sorğuda öz əksini tapıb. Belə ki, iqtisadçılar ilin son rübündə siyasət krediti faizi olan orta müddətli kredit faizində 10 baza bəndi azalma gözləyirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!