“Çin ilə iqtisadi əməkdaşlıq Rusiyanın yuandan geniş istifadə etməsini qaçılmaz edir" | Banco.az

“Çin ilə iqtisadi əməkdaşlıq Rusiyanın yuandan geniş istifadə etməsini qaçılmaz edir"

Müəllif:Mehin Qasımova/Banco.az

Xəbər verdiyimiz kimi, Rusiyada dolların məzənnəsi iyunun 30-dan bəri ilk dəfə olaraq 88 rubldan aşağı düşüb. Dollar 0,54% ucuzlaşaraq 87,92 rubl təşkil edib.

Bəs dolların dəyərdən düşməsinin səbəbi nədir?

Bu barədə Banco.az-a danışan iqtisadçı ekspert Elşən Bağırzadə bildirib ki, Rusiya hazırda müharibə iqtisadiyyatı rejimini tətbiq edir:

“Burada dolların və ya hər hansı bir valyutanın həqiqi məzənnəsindən danışmaq çətindir. Çünkü dövlət bazarı tamamilə öz nəzarətinə götürüb və qeyri-bazar metodlarından geniş istifadə edir. İqtisadiyyatın inzibati yollarla idarə olunduğu bir ölkədə ayrı-ayrı məhsulların və valyutaların həqiqi məzənnəsindən danışmaq mümkün deyildir”.

Ekspert hesab edir ki, Rusiya idxal və ixrac proseslərini Çin bazarına yönəltməkdə maraqlıdır:

 “Çin ilə iqtisadi əməkdaşlıq Rusiyanın yuandan geniş istifadə etməsini qaçılmaz edir. Dollardan asılılığı minimuma endirmək istəyən Rusiya , eyni zamanda dollar əldə etməkdə də maraqlıdır.Çin bazarından bütün texnoloji məhsulların  əldə edilməsindən çətinlik yaşayan Rusiya  dolayı yollarla da olsa, Qərbdən texnologiya idxal etməyə, innovasiya məhsullarına çıxış əldə etməyə məcburdur”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et