Müəllif - Aida İsaq, Banco.az
Çin hakimiyyəti ölkənin ən böyük yaddaş çipləri istehsalçısı "Yangtze Memory Technologies Co" (YMTC) şirkətinə 12,9 milyard yuan (1,9 milyard dollar) sərmayə ayırmağı planlaşdırır.
Banco.az xəbər verir ki, ölkə bununla ABŞ-ın texnologiya sanksiyalarına qarşı mübarizə yollarını axtarır. 2022-ci ilin dekabrında YMTC və digər 29 Çin şirkəti ABŞ Ticarət Departamenti tərəfindən qara siyahıya daxil edilib. Həmin zamandan etibarən şirkətin artıq Amerika istehsalçılarından komponentlər, avadanlıq və texnologiyalar alması məhdudlaşdırılıb.
ABŞ-ın sanksiyaları fonunda ÇXR hakimiyyəti yerli istehsalçılara dəstək olmaq və yarımkeçiricilərin istehsalı üçün avadanlıqların əldə olunması istiqamətində maliyyə yardımı ayırıb. Dövlət həmçinin zavodlara əldə olunacaq avadanlıq və dəzgahların dəyərinin 20 faizini kompensasiya edəcəyini, istehsal güclərinin inkişafını, mikroçip istehsalı sahəsində təkmilləşdirmə və tədqiqatları stimullaşdıracağını vəd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!