Çinin paytaxtı Pekində bu ölkənin dövlət şirkəti “China CAMC Engineering” ilə Azərbaycanın “Baku Steel Company” arasında müqavilə bağlanıb.
Müqavilədə Gəncə şəhərində 5 zavoddan ibarət metallurgiya zavodlar kompleksi inşasının tikilməsi nəzərdə tutulur. İmzalanmada Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı da iştirak edib.
Müqavilənin dəyəri 1.17 milyard ABŞ dollarıdır.
“CAMCE”nin Bakı ofisi rəhbəri Kənan Quluzadə bildirib ki, inşaat müddəti 42 ay çəkəcək və bu müddətdə 10 min iş yeri açılacaq.
marja.az