Pul- həyat şərtlərindən asılı olaraq insan həyatında öz aktual rolunu heç bir zaman itirmir. Çoxları pulu əl çirki adlandırır. Ama tam təminatlı bir həyata sahib olmaq hər kəsin təbii haqqıdır və bunun üçün də təəssüfki əl çirkindən istifadə etməli oluruq. Bəs tam təminatlı həyata sahib olacaq qədər qazanmağı bacarırıqmı? Qazansaq belə, düzgün xərcləməyi necə, bilirikmi?
Banco.az əlinizin çirkindən səmərəli istifadə etmənin 8 yolunu sizlərlə paylaşacaq.
1. Əsas işdən əlavə qazanc yeri
Hər bir insan daim sevdiyi işlə məşğul olmaq arzusundadı. Və bunun üçün daim axtarışda olmaq da insana məxsus bir xüsusiyyətdi. Yalnız sevdiyimiz iş bizi həmişə yaxşı əmək haqqı ilə təmin etmir. Əlbəttə ki, qazanc əldə etmək üçün sevmədiyimiz işlə məşğul olmaq düzgün addım olmaz. Çünki insan işində mütəxəssisə çevrilə bilməkçün öncə onu sevməlidi.
Bunun üçün biz nə edə bilərik?
Sevdiyimiz işlə yanaşı 2-ci bir işlə məşğul ola bilərik. Bu şəxsi biznes də ola bilər. Əgər buna ayıracaq vaxtınız olmadığını düşünürsünüzsə, vaxt həmişə var- sadəcə onu düzgün idarə etməyi öyrənməlisiz.
2. Yetərincə pul qazanırsız yalnız yenə də heç bir nəticə yoxdu?
Belə halda unutmamalıyıq ki, pulu qazanmaq kifayət deyil. Əsas olan onu qoruyub və çoxaltmağı bacarmaqdı. Bunun üçün isə bir neçə yol var ki, bu haqqda növbəti məqalələrimizdə ətraflı söhbət açacağıq.
Çox zaman insanlar öz işlərini düzgün qiymətləndirmədikləri üçün daha çox qazana bilmirlər.
Bu daha əvvəl qeyd etdiyimiz kimi məşğul olduğunuz işi sevməmənin nəticəsidir. İnsanın sevmədiyi işdə özünütəkmilləşdirmə prosesi çox zəif gedir. Bu da vəzifə yüksəlişi və əmək haqqının yüksəlişi prosesini dayandırır.
3. Öncə aktivlər daha sonra passivlər haqqında düşünün.
Çoxsaylı araşdırmalar onu göstərirki, insanlar öz kapitallarını daha çox passivlərə yatırmağa meyllidirlər. Daha çox kirayəsi ilə gəlir əldə olunması nəzərdə tutulan daşınmaz əmlakları buna misal gətirmək olar. Ama bir çox ekspertlərin də fikrindən belə qərara gəlmək olar ki, kapitalı aktivlərə yatırmaq daha düzgündür. Beləki passiv qazanc daimi ola bilər ama çox zaman artım bəxş etmir.
4. Kreditlərindən qurtul!
Yəqinki çoxlarının hər hansı bir qiymətli əşyanı əldə etmək üçün pul yığana qədər gözləməyə səbri çatmır. Hətta pul yığmağın düşər düşməzi olduğunu düşünənlər də var. Buna görə də çoxları bunun üçün nəğd kreditlərə, son zamanlar isə daha çox kredit kartlarına müraciət edirlər. Kredit pul yığımına mane olan əsas faktorlardan biridir. Əsasən də cürbəcür banklardan əldə etdiyimiz çeşidli kredit kartları, iradəsi zəif insanlarda aludəçilik də yarada bilər. Buna görə məsləhət görülür ki, xüsusi zərurət olmadığı halda kreditlərdən uzaqlaşın.
5. Şəxsi həyatınızı qaydaya salın
Əvvəlcə toy və toya qədər milli adət-ənənələrimizə uyğun mərasimlər, daha sora ailə-məişət qayğıları və nəhayət ailəyə yeni fərdin- körpənin gəlişi. Bunlar hamısı maddiyyat tələb edən proseslər olduğu üçün təmin olunması da stabil gəlirin olmasını tələb edir. Bir müddət sonra isə getdikcə xərclər də stabilləşir və siz artıq gələcək üçün planlama etməyə və əlavə olaraq pul yığmağa başlayırsız.
6. Xeyriyyəçiliklə məşğul olun
Hər bir yaxşılıq bir gün mütləq geri dönür. Əsasən də bunu geri dönməsini gözləmədən, ürəkdən edirsizsə. Xeyriyyəçilik edin, qazandığınızı bölüşün, ehtiyacı olanlara yardım edin. Mütləq əvəzini görəcəksiniz. Ən azından qarşılığında alacağınız xoş gülümsəmə belə sizə stimul verməyə yetəcək.
7. Əldə etdiyinlə kifayətlənmə
İnsan heçvaxt əlində olanlarla kifayətlənməməli,yerində saymamalı və irəli getməlidir. Öz üzərinizdə işləyin. Əlavə qazancınız var, özünüzə şəxsi biznes açın. Şəxsi şirkət sahibisiniz? Şirkətinizi daha da böyütmək üçün əlinizdən gələni edin.
Son olaraq demək istərdik ki, xoşbəxtlik pulda deyil. Ama hər bir halda, cibiniz dolu olsun!
Müəllif: Fidan Maqbet qızı