İsrailin ən çox ticarət həyata keçirdiyi ölkələr açıqlanıb | Banco.az

İsrailin ən çox ticarət həyata keçirdiyi ölkələr açıqlanıb

2024-cü ildə İsrailin qlobal ticarət dövriyyəsi 153.2 milyard ABŞ dolları təşkil edib ki, bunun 91.5 milyard ABŞ dolları idxal, 61.7 milyard ABŞ dolları isə ixracdan ibarət olub.

APA xarici mətbuata istinadən xəbər verir ki, ötən il İsrail 117 ölkəyə məhsul ixrac edib, 192 ölkədən isə məhsul alıb.

    Qeyd edək ki, İsrail məhsullarının ən böyük idxalçıları ABŞ (17.3 milyard dollar), İrlandiya (3.2 milyard dollar) və Çin (2.8 milyard dollar) olub. Çinə məxsus yarımuxtar ərazi olan Honq Konq ticarət bazalarının ayrıca vahid kimi qəbul etdiyi, İsraildən əlavə 2 milyard dollar dəyərində məhsul idxal edib. Bu rəqəmi Çinin göstəricisinə əlavə etdikdə, Çin İsrail məhsullarının ikinci ən böyük idxalçısına çevrilir.

    Aşağıdakı cədvəldə 2024-cü ildə İsrail məhsullarının ən çox ixrac edildiyi 15 ölkə yer alıb.

    2024-cü ildə İsrailin ən çox məhsul idxal etdiyi ölkələr isə Çin (19 milyard dollar), ABŞ (9.4 milyard dollar) və Almaniya (5.6 milyard dollar) olub.

    Çindən, əsasən, elektrikli avtomobillər, mobil telefonlar, kompüterlər və metallar idxal edilib. İsrail ABŞ-dən partlayıcı sursatlar, brilyantlar, elektronika və kimyəvi məhsullar alıb. Almaniyadan isə avtomobillər, dərman məhsulları, maşınqayırma avadanlıqları və elektronika məhsulları idxal edilib.

    Aşağıdakı cədvəldə ötən il İsrailə ən çox məhsul ixrac edən ölkələr yer alıb.