Ceyhan boru kəməri yenidən fəaliyyətə başlayıb | Banco.az

Ceyhan boru kəməri yenidən fəaliyyətə başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ceyhan terminallarında xam neftin yüklənməsi və boşaldılması əməliyyatlarının bərpa olunduğu açıqlanıb.

Banco.az xəbər verir ki, bu barədə Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkəti rəsmi “Twitter” səhifəsindən məlumat yayıb.

Sözügedən məlumatda fevralın 6-da Kahramanmaraşda baş verən iki böyük zəlzələdən sonra ehtiyat məqsədilə neft axınının dayandırıldığı Batman Dördyol Xam Neft Kəmərində lazımi nəzarət tədbirlərinin həyata keçirildiyi vurğulanıb.

Sistemin zəlzələdən 39 saat sonra yenidən işə salındığı və Dördyol Terminalında xam neftin yükləmə-boşaltma işlərinin bərpa edildiyi bildirilib. Sözügedən prosedur Ceyhan terminalı üçün isə 42 saat sonra icra olunmağa başlayıb. Hazırda 3-cü tankerin yüklənməsi əməliyyatı problemsiz davam edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram