Ceyhan boru kəməri ilə neft axını yenidən başlayır | Banco.az

Ceyhan boru kəməri ilə neft axını yenidən başlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Zəlzələlərdən sonra dayandırılan Ceyhan Terminalına neft axını bugün yenidən başlayıb.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə səlahiyyətli şəxs məlumat verib.

Ehtiyat təsbirləri çərçivəsində dayandırılan axınlar ilk olaraq lazımi nəzarətlər təmin edildikdən sonra çənlər üçün başladılıb. Qurum rəsmisinin verdiyi məlumata görə, yaxın vaxtlarda tankerlər üçün də axın başlayacaq. 

Bu isə o deməkdir ki, İraq və Bakıdan gələn neftlə birlikdə ixrac yenidən həyata keçiriləcək.

Qeyd edək ki, Şimali İraq və Azərbaycan nefti üçün mühüm terminal hesab edilən Ceyhandan yanvar ayında gündəlik 1 milyon bareldən çox neft ixrac edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et