Çexiya Azərbaycandan neft idxalını 11%-dən çox artırıb | Banco.az

Çexiya Azərbaycandan neft idxalını 11%-dən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Çexiya 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 742 milyon 159 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Çexiyanın idxal etdiyi neftin həcmi isə 1 milyon 405 min 59 ton təşkil edib.

Çexiyanın idxal etdiyi neftin dəyəri 2024-cü ilin ilk 11 ayına nisbətdə 235 milyon 388 min dollar və ya 24,1% azalıb, miqdarı isə 178 min 148 ton və ya 11,3% artıb.

Qeyd edək ki, yanvar-noyabr aylarında Çexiya Azərbaycanın 2-ci əsas neft idxalçısı olub. Ən çox neft ixrac etdiyimiz birinci ölkə İtaliya (12,7 milyon ton) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram