Cərimə və rüsumları telefonla da ödəyə biləcəyik | Banco.az

Cərimə və rüsumları telefonla da ödəyə biləcəyik

"İnnovasiyalar mərkəzi" QSC yaxın vaxtlarda "ASAN Ödəniş" ödəmə sisteminin mobil əlavəsini təqdim edəcək.

Bu barədə mərkəzdən məlumat verilib.

Əlavə vasitəsilə cərimələri, rüsumları, kommunal xidmətləri və digər ödəmələri həyata keçirmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Bu əlavədən "e-imza", "ASAN İmza" vasitəsilə, adi qeydiyyatla və ya qeydiyyatsız istifadə etmək olar.

Əlavədə qeydiyyatdan keçmiş istifadəçilər üçün "şəxsi kabinet", müxtəlif ödəmələr barədə şikayət göndərmək imkanı, "108" çağrı mərkəzi ilə birbaşa əlaqə və digər funksiyalar olacaq.

Mənbə: Trend.az