Cənubi Koreyalı avtomobil istehsalçısı ABŞ-a investisiya yatırıb | Banco.az

Cənubi Koreyalı avtomobil istehsalçısı ABŞ-a investisiya yatırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Hyundai” şirkəti ABŞ-da akkumulyator istehsalına başlayacaq.

Banco.az xəbər verir ki, Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai” şirkətinin xalis mənfəəti ilin I rübündə iki dəfədən çox artarkən, şirkət ABŞ-da 5 milyard dollarlıq elektromobil akkumulyatoru fabrikinin inşasını ehtiva edən əməkdaşlığın son variantı ilə bağlı razılığa gəlib.

Prezident Baydenin yaşıl proqramı elektrik avtomobillərinin tədarük zəncirindəki şirkətləri ölkəyə sərmayə qoymağa təşviq etdiyi bir vaxtda “Hyundai Motor Group” və “SK On Co.” Şimali Amerikada akkumulyatorların istehsalına 5 milyard dollar xərcləməyə hazırlaşır.

Corciya ştatının Bartou şəhərində inşa ediləcək fabrikdə Cənubi Koreya şirkətləri bərabər paya sahib olacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, fabrikin 2025-ci ilin ikinci yarısından etibarən istehsala başlayacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et