Cənubi Koreya Mərkəzi Bankı rəqəmsal valyuta hazırlığına başlayıb | Banco.az

Cənubi Koreya Mərkəzi Bankı rəqəmsal valyuta hazırlığına başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kriptovalyutalar bütün dünyada qəbul olunmağa davam etdikcə mərkəzi banklar da rəqəmsal valyuta səylərini sürətləndirirlər.

Banco.az xəbər verir ki, Cənubi Koreya Mərkəzi Bankı (BOK) 2024-cü ilin sonundan etibarən “rəqəmsal von” adlı yeni valyutanı sınaqdan keçirəcəyini açıqlayıb.

Rəqəmsal von BOK, Maliyyə Xidmətləri Komissiyası və Maliyyə Nəzarəti Xidmətinin birgə bəyanatında  rəsmi olaraq təqdim edilib.

Bankların depozit vəsaitləri hesabına keçiriləcək sınaqlarda 100 min nəfərin iştirak edəcəyi açıqlanıb. Seçilmiş bank iştirakçıları gələn ilin sonunda üç aylıq proqramdan keçəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, mövcud ödəniş sistemlərinə alternativ ola biləcək rəqəmsal von çatdırılma və ödəniş kimi əməliyyatlarda da sınaqdan keçiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et