Ceff Bezosun şirkəti kosmosa 100 milyon dollarlıq bilet satışı həyata keçirdi | Banco.az

Ceff Bezosun şirkəti kosmosa 100 milyon dollarlıq bilet satışı həyata keçirdi

Tamara Mustafayeva, Banco.az

"Blue Origin" şirkəti 100 milyon dollara kosmik bilet satışı həyata keçirib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-ın e-ticarət nəhəngi "Amazon"un təsisçisi Ceff Bezos kommersiya məqsədli kosmik şirkəti "Blue Origin"ın növbəti kosmos səfərləri üçün indidən təqribən 100 milyon dollar dəyərində bilet satışı həyata keçirdiyini bildirib.

Bezos 20 iyul tarixində baş tutan kosmik səyahətindən sonra təşkil edilən mətbuat konfransında "Amazon"un işçilərinə və müştərilərinə sözügedən kosmik səfəri maliyyələşdirdikləri üçün təşəkkür edib. Gözləntilərinin yüksəkliyini və əsasən buna nail olduğunu vurğulayan Bezos bu səfərdən çox böyük zövq duyduğunu ifadə edib.

O, həmçinin "Blue Origin"in növbəti kosmik səfərlərinə tələbin böyük olduğunu bildirməklə şirkətin bu səfərlər üçün təqribən 100 milyon dollar dəyərində bilet satdığını açıqlayıb. Bir biletin qiymətini isə açıqlamayan Bezos "Blue Origin"in bu il ərzində daha 2 səfər həyata keçirməyi planlaşdırdığını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 20 iyul tarixində dünyanın ən varlı insanı olan Ceff Bezos və onunla birlikdə 3 nəfər "New Shepard" gəmisi ilə kosmosa səfər həyata keçirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et