Çat-boxlar şirkətlərin və iş axtaranların işini asanlaşdıracaq | Banco.az

Çat-boxlar şirkətlərin və iş axtaranların işini asanlaşdıracaq

MeetFrank şirkəti iş axtarışlarının həyata keçirilməsini asanlaşdırmaq məqsədilə çat-boxları inkişaf etdirmək niyyətindədir. Məhz buna görə də şirkət 1 milyon evro dəyərində maliyyə yardımı ala bilib. Bu haqda məlumatı TechCrunch xəbər agentliyi paylaşıb.

Bu işdə Hummingbird VC, Karma VCChange Ventures kimi fondlar yaxından iştirak edib və beləliklə, startap Almaniya bazarına çıxmaq şansı əldə edib. Startap layihəsi 2017-nin sentyabrında yaransa da qısa zamanda Latviya, Litva, Estoniya, Finlandiya İsveç kimi ölkələrdə 125.000 aktiv istifadəçi tərəfindən istifadə olunur. MeetFrankın xidmətlərindan hal-hazırda 2000 şirkət istifadə edir. MeetFrankın istifadəsi çox rahatdır. Beləki, istifadəçi tətbiqi yükləyir və Frank adlı çat-box ondan lazım olan məlumatları alır. Tətbiqin digər maraqlı tərəfi odur ki, istifadəçidən onun əsl adı və şəxsi məlumatları tələb olunmur. Namizəddən yalnız iş qrafiki, əmək haqqı və məzuniyyətə gedib-gedə bilməyəcəyi haqda məlumatlar soruşulur.

Ən sərfəli kredit üçün müraciət et

Bu qayda işə götürənlərə aid deyil. Yəni onlar iş haqda ətraflı məlumat verməlidirlər. Belə olduqda Frank adlı çat-box şirkətə uyğun namizədləri, namizədə isə uyğun şirkətləri görməyə imkan verir.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et