“BYD” öz avtomobillərində “Huawei” avtonom idarəetmə texnologiyasından istifadə edəcək | Banco.az

“BYD” öz avtomobillərində “Huawei” avtonom idarəetmə texnologiyasından istifadə edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Çin avtomobil istehsalçısı “BYD” “Huawei Technologies” ilə avtonom sürücülük sahəsində əməkdaşlığa başlayır.

Banco.az xəbər verir ki, bu barədə şirkət “WeChat” sosial şəbəkəsində məlumat verib.

Məlumata görə, “BYD”nin premium brendi “Fangchengbao” avtomobillərində “Huawei” texnologiyasından istifadə etmək üçün müqavilə imzalayıb.

Qeyd olunub ki, “Huawei” bu ilin aprelində “Qiankun ADS3.0” ağıllı sürücülük platformasını təqdim edib. Bu texnologiya ilə təchiz edilən ilk model “Bao 8 SUV” olacaq. O, dördüncü rübdən əvvəl bazara çıxmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Mütəxəssislərin fikrincə, Çin avtonom idarəetmə sistemləri “Tesla” platformasından geri qalır, lakin Çində bir çox şirkət texnoloji boşluğu aradan qaldırmağa çalışır.

Qeyd edək ki, “BYD” satış həcminə görə Çinin elektrikli avtomobil bazarında liderdir. Bununla belə, yolsuzluq avtomobilləri istehsal edən “Fangchengbao” markası daha zəif dinamika göstərir, və “Huawei” ilə əməkdaşlıq onun satışlarını artıra bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et