BVF Rəhbərindən xəbərdarlıq: Fırtınaya hazırlıqlı olun! | Banco.az

BVF Rəhbərindən xəbərdarlıq: Fırtınaya hazırlıqlı olun!

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard, qlobal iqtisadiyyatın artım sürətinin gözləntilərdən çox sürətlə yavaşladığına diqqət çəkib və qlobal iqtisadiyyata təsir edən "dörd buludun" ehtimal olunan bir "fırtına" yarada biləcəyi xəbərdarlığını edib.

Dubayda keçirilən "World Pemerintah Summit"də danışan Laqard, ölkə rəhbərliklərindən, mümkün bir fırtınaya qarşı hazırlıqlı olmalarını istəyib.

Həmin risklər arasında "ticarət gərginlikləri və əlavə gömrük vergiləri,faizlərin artırılması, "Brexit" prosesi qeyri-müəyyənliyi və Çin iqtisadiyyatında artan geriləmə" olduğunu bildirən Laqard, ABŞ və Çin arasındakı ticarət gərginliyin təsirlərinin indidən görülməyə başladığını söyləyib:

Ən sərfəli kredit üçün müraciət et

"Bu gərginliyin necə səngiyəcəyini bilmirik, amma indidən ticarətə və bazardakı inama mənfi təsir etməyə başladığını görə bilirik".

Həmçinin Laqard, hökumət və şirkətlərin borclarının da risk olduğuna diqqət çəkib və əlavə edib:

"Havada çox bulud olanda, fırtınanın çıxması üçün lazım olan tək şey bir ildırımdır".

marja