Müəllif: Tamara Mustafayeva, Banco.az
Beynəlxalq Valyuta Fonduna (BVF) üzv ölkələr ilin sonuna kimi fondun kredit resurslarında “əhəmiyyətli artım” etməyə razılaşıblar.
Banco.az xəbər verir ki, BVF prezidenti Kristalina Georgieva və İspaniyanın İqtisadiyyat və Rəqəmsallaşma naziri, Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin (IMFC) sədri Nadia Kalvino Mərakeşdə BVF-Dünya Bankının İllik İclasları çərçivəsində mətbuat konfransı keçirib.
Nadia Kalvino mətbuat konfransında BVF-dəki kvotaların artırılması yolu ilə maliyyələşdirmə səviyyələrinin artırılması üçün üzvlər arasında əsas razılığın əldə edildiyini bildirib.
Kvota artımının şərtləri ilə bağlı məlumat verməyən Kalvino bu artımın BVF-in qlobal maliyyə sabitliyini qoruyub saxlamasına imkan yaradacağını vurğulayıb.
Kristalina Georgieva isə İsrail-Fələstin münaqişəsinin qlobal iqtisadiyyat üçün qeyri-müəyyənlik mənbəyi olduğunu bildirib və münaqişənin qlobal iqtisadiyyata təsirini ölçmək üçün hələ tez olduğunu da vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!