BVF-nin Azərbaycanın qeyri-neft gəlirləri üzrə proqnozu özünü doğruldub | Banco.az

BVF-nin Azərbaycanın qeyri-neft gəlirləri üzrə proqnozu özünü doğruldub

2020-ci ilin yekunlarına əsasən, Azərbaycanın dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-də payı 24,6% təşkil edib.

Sözügedən göstərici Beynəlxalq Valyuta Fondunun proqnozuna (24,8%) cüzi yayınma ilə uyğun olub. Bu göstəricinin tədricən artmasını gözləyən Fond dövlət büdcəsində qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-də payının 2021-ci ildə 25,4% təşkil edəcəyini güman edir.

Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyinin məlumatına əsasən, 2020-ci ildə 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24,679 mlrd. manat, xərcləri isə 26,416 mlrd. manat təşkil edib. Dövlət büdcəsinin kəsiri isə 1,737 mlrd. manat  və ya ÜDM-in 2,4%-nə bərabər olub.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram