Müəllif - Aida İsaq, Banco.az
İnkişaf etmiş iqtisadiyyatlarda bank sektorunun problemləri hakimiyyət orqanlarının inflyasiya ilə mübarizəyə yönəlmiş addımları fonunda yaranır.
Banco.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva deyib. Onun sözlərinə görə, aşağı dərəcələrdən yüksək dərəcələrə sürətli keçid bank sektorunda proseslərin gedişatının mürəkkəbləşməsinə səbəb olub.
Qeyd edək ki, daha öncə ABŞ prezidenti Co Bayden Amerika Birləşmiş Ştatlarında bank böhranlarının hazırda davam etdiyini, həmçinin hökümətin vəziyyəti nəzarətdə saxladığını bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!