BVF ECB və İngiltərə Mərkəzi Bankına faiz dərəcəsi ilə bağlı xəbərdarlıq edib | Banco.az

BVF ECB və İngiltərə Mərkəzi Bankına faiz dərəcəsi ilə bağlı xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aparıcı mərkəzi bankların inflyasiya ilə mübarizəni davam etdirdiyi bir vaxtda BVF tərəfindən Avropa Mərkəzi Bankı (ECB) və İngiltərə Mərkəzi Bankına faiz dərəcəsi ilə bağlı xəbərdarlıqlar edilib.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) bəyanatında qeyd olunub ki, əgər iki bank da faiz artımı yolunda qalmağa davam edərsə, istiqrazların gəlirliliyindən tutmuş maliyyə stressinə qədər bir çox potensial risklərlə üzləşə bilər.

BVF-nin dərc etdiyi hesabatda isə inflyasiya risklərinin pul siyasəti rəsmilərinə sərtləşdirməni davam etdirmək öhdəliyi yüklədiyi vurğulanaraq bu halda belə səlahiyyətlilərin ABŞ-da başlayan və “Credit Suisse”in iflası ilə başa çatan bank sektorunda son böhran kimi hadisələrin baş verməməsi üçün daha diqqətli olması zəruri hesab edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et