BVF Asiya-Sakit Okean regionunun bu ilki artım proqnozunu qaldırıb | Banco.az

BVF Asiya-Sakit Okean regionunun bu ilki artım proqnozunu qaldırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF Asiya-Sakit Okean regionunun 2023-cü il üzrə artım proqnozunu yuxarı çəkib.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) “Qeyri-müəyyənlik şəraitində bərpanın ləngiməsi” adlı Asiya-Sakit Okean Regional İqtisadi Görünüş hesabatını dərc edib.

Hesabatda qlobal iqtisadi artımın ləngidiyi və Rusiya-Ukrayna müharibəsinin iqtisadi aktivliyə təzyiq göstərməyə davam etdiyi vurğulanaraq 2023-cü ilin qlobal iqtisadiyyat üçün çətin bir il olduğu qeyd edilib.

BVF-nin hesabatında həmçinin ABŞ və Avropanın maliyyə sektorundakı problemlərin Asiya-Sakit Okean regionunun mürəkkəb iqtisadi strukturunda əlavə qeyri-müəyyənlik yaratdığı qeyd olunub.

Hesabatda BVF-in Asiya-Sakit Okean regionunun bu il üzrə iqtisadi artım proqnozunu 0,3 faiz artıraraq 4,6 faizə yüksəltdiyi öz əksini tapıb. Regionun 2024-cü il üçün artım proqnozu isə 0,2 faiz bəndi azaldılaraq 4,4 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram