Bunları bilmədən kriptovalyuta almayın - DİQQƏT! | Banco.az

Bunları bilmədən kriptovalyuta almayın - DİQQƏT!

Kriptovalyuta bazarı dünyanın maliyyə bazarları arasında yeni hesab olunan və davamlı inkişaf edən bazardır. Çoxları Bitcoin-in varlığından xəbərdar olsalar da, az tanınan kriptovalyutalar da var. Bu səbəbdən kriptovalyutalar haqda bilmək istəyəcəyiniz bəzi əsas məlumatları sizə təqdim edirik.

Bazarda hazırda 1700-dən artıq kriptovalyuta var və sayı getdikcə artır

Əgər məlum bazarın yalnız Bitcoin, Ethereum və digər tanınmış kriptovalyutalardan ibarət olduğunu düşünürsünüzsə, səhviniz var. İnvesting.com-un siyahıya aldığı 1155 kriptovalyuta mövcuddur. Mövcud olan kriptovalyutaların 525-nin bazar dəyəri 100 min dollardan azdır.

Kriptovalyutalar haqqında bəzi göstəriciləri təqdim edirik:

23 kriptovalyutanın bazar dəyəri 1 milyar dollardan artıqdır.

120 kriptovalyutanın bazar dəyəri 100 milyon dollardan artıqdır.

Kriptovalyutaların hamısı ödəniş vasitəsi kimi nəzərdə tutlmayıb

Bəzi kriptovalyuta vahidləri dollar kimi ənənəvi valyutalarla eyni formada işləyir. Məsələn, Bitcoin mal və xidmət alışları üçün müntəzəm olaraq istifadə olunur. Litecoin, Monero və Dash kimi rəqəmsal pullar da eyni məqsədə xidmət edir.

Bəzi kriptovalyutalar isə – ilk onluqdakıların çoxu – ödəniş vasitəsi kimi istifadə üçün hazırlanmayıb. Fərqli problemləri həll etmək üçün Blockchain texnologiyasından istifadə etmək niyyətindədirlər. Bunun ən böyük nümunəsi Ethereum-dur. Bir Ethereum müqaviləsi müqavilə imzalayan bir neçə şəxs arasında pulun paylanılmasına imkan verir. Üçüncü ən böyük kriptovalyuta sayılan Ripple bank sektoru üçün səmərəli və sürətli beynəlxalq pul köçürmələrinə imkan verən şəkildə hazırlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Kriptovalyutaların ümumi bazar dəyəri 324.6 milyor dollardır

Bu göstərici tez-tez dəyişir. 2018-ci ildə bazardakı dalğalanmalar nəticəsində kriptovalyutaların ümumi dəyəri 825-250 milyard dollar arasında dəyişdi.

Bitcoin ümumi bazar həcminin 42%-ni təşkil edir. Ethereum-da isə bu göstərici 15% civarındadır. Ən böyük 20 kriptovalyuta ümumi miqdarın 86%-ni özündə cəmləşdirib.

Kriptovalyutaların vergiyə cəlb olunması haqda bəzi ölkələrdə müzakirələr aparılır

Qeyd etmək lazımdır ki, kriptovalyutalar “qeyri-maddi aktivlər” kimi təsnifatlaşdırılır. Səhmlər kimi investisiyalar ilə eyni sərmayə qazancları vergi siteminə tabedir.

Ancaq aralarında böyük fərq var. Səhmləri satdıqda yalnız mənfəət vergisi ödənilir. Ancaq Bitcoin və bəzi digər kriptovalyutalar mal və xidmətlər üçün dəyişdirilə bildiyi üçün onları satmadıqda belə vergiyə cəlb olunan gəlir əldə edə bilərsiniz. Məsələn, bir neçə il əvvəl 1000 dollar dəyərində Bitcoin aldığınızı və onlarla 300 min dollarlıq “Rolls-Royce” aldığınızı təsəvvür edək. Bitcoin-i texniki olaraq satmadığınız halda öz dəyərindən 299 min dollar daha bahalı bir vasitəyə dəyişdiniz. Bu fikir kiçik əməliyyatlar üçün nəzərdə tutulur. Məsələn, 2 dollarlıq bir əşyanı 1 dollara əldə etdiyiniz Bitcoin ilə alsanız, 1 dollarlıq fərq sərmayə qazancı vergisinə tabedir.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et