Buğdanın qiymətinin artması daxili bazara necə təsir edəcək? | Banco.az

Buğdanın qiymətinin artması daxili bazara necə təsir edəcək?

Bu ilin yanvar -iyul aylarında Azərbaycan 408 826 ton buğda idxal edib. İdxalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 % azalıb. Bu il idxal etdiyimiz bu məhsul üçün 103 milyon 772 min ABŞ dolları sərf edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur. Nəticə bu məhsulun idxal həcminin azalmasına baxmayaraq dəyərinin artığını göstərir. Bəs dünya bazarında buğdanın satış qiymətlərinin artmasına səbəb nədir? İdxalın azalmasına səbəb yerli buğda istehsalının artmasıdırmı? 

İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, ilin əvvəlində dünya bazarlarında buğdanın satış qiymətinin artması proqnozlaşdırılırdı:“Pandemiyaya görə, cari ildə dünyada əsas buğda istehsalçıları olan ölkələrdə buğda tədarükündə kəskin azalma gözlənilirdi. Hətta iri buğda istehsalçısı kimi tanınan ölkələr buğda ixracında müəyyən kvotalar tətbiq etdilər. Yəni, buğda ixracında müəyyən məhdudiyyətlər həyata keçirdilər”.

 Pərviz

Azərbaycan buğda tədarükündə xaricdən aslıdır

O, bu ilin əvvəlindən buğda idxalına əvvəlki illərdən fərqli olaraq daha çox vəsaitin xərclənəcəyi gözlənildiyini vurğulayıb: “Çünki Azərbaycan buğda tədarükündə xaricdən aslıdır. Lakin ötən illə müqayisədə bu il daha az buğda idxal etməyimiz müsbət haldır. Buğda idxalının həcmi ötən ilki kimi olsaydı, onda xərclədiyimiz məbləğ bu ilkindən çox olacaqdı”.

Yerli buğdanın keyfiyyətini artırmaq mümkündür

İqtisadçı deyib ki, ölkədə son illər ərzində buğda idxalında xaricdən aslılığı aradan qaldırmaq üçün bir sıra işlər görülüb: “Lakin reallıq budur ki, biz hələ də buğda tədarükündə xaricdən aslıyıq. Ölkədə ilbəil buğda tədarükündə idxaldan aslılığı azaltmaq lazımdır. İstehsal hesabına idxalı azlatmaq mümkündür. Ölkədə müəyyən sahibkarlar yerli buğdanın keyfiyyətinin aşağı olmasına görə buğda idxal edirlər. Görünür ki, bu il dünya bazarlarında buğdanın satış qiyməti həmin sahibkarlara uyğun olmayıb. Bu da idxalın əvvəlki illə müqayisədə az həyata keçirilməsinə səbəb olub. Buğdanın keyfiyyəti ilə bağlı sahibkarlarin irəli sürdüyü səbəblərlə, problemlərlə bağlı tədbirlər görülməlidir. Yerli buğdanın keyfiyyətini artırmaq mümkündür. Bu gün buğda istehsal edə biliriksə, buğdanın keyfiyyətini də yüksəltmək mümkündür. Daxili istehsal təlabatı tam ödəmir, ona görədə biz müəyyən həcmdə bu məhsulu idxal etməliyik. Hazırda xaricdən gələn buğda Azərbaycanda istehsal ediləndən maya dəyəri baxımdan ucuzdur”.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı sonda xatırladıb ki, Azərbaycana buğda idxalı daha 3 il ƏDV-dən azad edilib: “Bu, dövlətin ərzaq təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi mühüm addımdır”.

Bu il Azərbaycanda nə qədər buğda istehsal edilib?

Kənd Təsərrüfatı Nazirliyindən bildirib ki, bu il taxıl istehsalı (qarğıdalı ilə) ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 % artaraq

3 milyon 076,1 min ton olub: “Buğda istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 % artaraq 1 milyon 884,1 min ton olub”.

Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Taleh Qasımov son illər dünyada və region ölkələrində quraqlığın hökm sürdüyünü bildirib: “Bu, dünyada taxıl istehsalına təsir edib. Dünya birjalarında taxılın satış qiyməti artıb" .

T. Qasımov bu il buğdanın idxalının dəyərinin artmasının daxili bazarda qiymət artımına təsiri məsələsinə toxunub: “Daxili bazarda unun qiyməti artmayıb”.

O əlavə edib ki, bu il ötən illə müqayisədə buğdanın idxalı azalıb: “Bu isə yerli buğdanın istehsalının artması ilə əlaqədardır. Yerli istehsal olan buğda çox keyfiyyətlidir. Azərbaycanda üçüncü klass buğda yetişdirilir, tam keyfiyyətlidir. Samuxda, Beyləqanda istehsal olunan buğda heç də idxal edilən buğdadan geridə qalmır. Azərbaycan istehsalı olan buğda idxal edilən buğdanı keyfiyyətinə görə üstələyir”.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et