Buffett və digər investorların 5 BÖYÜK SƏHVİ | Banco.az

Buffett və digər investorların 5 BÖYÜK SƏHVİ

Əfsanəvi investor Warren Buffett bir neçə gün əvvəl çıxışında Kraft Heinz investisiyasının onlara 4,3 milyard dollar zərər gətirdiyini açıqlayıb. Belə hallar ilk və sonuncu dəfə deyil, ancaq belə səhvlər investorlara daha diqqətli olmağı öyrədir. İnvestisiya sahəsində 5 böyük səhvi təqdim edirik. 


Buffett – Berkshire

1962–ci ildə  Warren Buffett «Berkshire Hataway» şirkətinə ilk yatırımını etmişdi. O zamanlar tekstil fabriki olan Berkshire uğursuz bir biznes olsa da Warren bu şirkətin səhmlərində böyük paketə sahib olmuşdu. Onun planı digər tekstil fabrikləri iflas etdiyində bu yatırımdan gəlir qazanmaq idi. Şirkətin Buffett-də pulun olduğunu bildiyi üçün ondan daha çox kapital cəlb etməyə çalışması investoru əsəbləşdirir və o şirkətin kontrol paketini alaraq direktorunu vəzifəsindən azad edir. Sonrakı 20 ildə fabrika yenidən gəlirə çıxmağa başlayır. Buffett-in sözlərinə görə o bu biznesdə 200 milyard dollar itirib.

Texnoloji "Alma" biznesi

Apple şirkətinin yaradıcıları kimi hər kəs Steve Jobs və Steve Wozniak-ı tanıyır. Ancaq üçüncü bir şəxs də var idi. Ronald Wayne – ilk ildə şirkətdə açar vəzifələrdən birində idi, ancaq 11 gün işlədikdən sonra o şirkətin gələcək perspektivinin olmamasını düşünərək öz pay hissəsini 800 dollara sataraq şirkətdən ayrılmışdı. Əgər öz payını saxlasaydı hal hazırda onun dəyəri 32,5 milyard dollar edərdi. Bəzən sadəcə inanmaq lazımdır.

Star Wars

Ən sərfəli kredit üçün müraciət et

1977–ci ildə cavan və elə də tanınmayan rejissor George Lucas ilk “STAR WARS” filmini çəkdi. O zaman Fox studiyasının rəhbərliyinin bu proyektin uğuruna inanmaması Lucasın brendi lisenziyalaşdırmasına mane oldu. 2012–ci ildə Lucas öz şirkəti olan LucasFilm-i 4 milyard dollar qarşılığında Walt Disney şirkətinə satmışdı. Hal hazırda franşiza 65 milyard dollar dəyərindədir.

70 000 dollardan 1,1 milyard dollar zərərə

1983-cu ildə Tosihide İguchi adlı şəxs Japan’s Daiwa Bank–ın New York filialında portfolio manager vəzifəsində çalışırdı. Əsas işi istiqrazlarla ticarət olan Tosihide uğursuz ticarət zamanı 70 000 dollar zərər edir və öz reputasiyasını saxlamaq üçün bunu gizlətməyə qərar verir. 1995–ci ildə onun zərərləri 1 milyarddan çox olur və o özü şirkət rəhbərliyinə məkubda bunu bildirir və nəticədə həbs olunur. Zərər gətirən mövqeləri tez bağlamaq lazımdır.

Excite Google–dan imtina edir.

1999–cu ildə axtarış sistemləri uğrunda mübarizə gedirdi. Əsas nəhənglər Yahoo!, Excite və Altavista idi. Google 3 ildir ki, yaradılmasına baxmayaraq bazar payı digərləindən az idi. Google–un o vaxtkı sahibi Larry Page şirkəti Excite şirkətinə 750 000 dollara təklif etmişdi. Ancaq Excite bunun uğursuz yatırım olduğunu düşünərək bu təklifi rədd etmişdi. Hazırda Google-un 777 milyard dollar bazar dəyəri var, Excite şirkəti isə artıq fəaliyyət göstərmir.

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et