Büdcə xərclərinin ÜDM-in 40 %-ə çatdırılması təklif olunur | Banco.az

Büdcə xərclərinin ÜDM-in 40 %-ə çatdırılması təklif olunur

Dünyada gedən iqtisadi və geosiyası proseslər, inflyasiyanın hələ də davam etməsi sosial proseslər istiqamətində də əlavə vəsait ayrılmasını vacib edir.

Bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.

O qeyd edib ki, bu baxımdan bir tərəfdən iqtisadi artım templərini artırmaqla digər tərəfdən ÜDM-in indi olduğu kimi 30-32 %-ni yox, 40 %-ə qədərinin büdcə vasitəsilə şəffaflıq kontekstində artırılması həm azad edilən ərazilərimizə yetərincə vəsaitin yönəldilməsi, həm də sosial problemlərin həlli üçün yetərincə vəsaitin olmasına gətirər:

"Gələcəyə yatırım baxımından təhsilə ayrılan vəsaitə də yenidən baxılmalıdır. Çünki təhsilə ayrılan vəsaitin 80 %-i əməyin ödənişinə yönəldilir. Regional problemlərin həllinə də yenidən baxılsa, yaxşı olar. Regionlarda kanalizasiya sistemi, kəndlərin qazlaşdırılması prosesi bitməlidir. Digər tərəfdən Qarabağ müharibəsi veteranlarına verilən 80 manat müavinət də artırılsa yaxşı olar".

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et