Bu tiplər iş yerində sevilmir | Banco.az

Bu tiplər iş yerində sevilmir

İş yeri və iş ofisləri bizlərin ikinci evi kimidir. Bəzən (hətta adətən) ailəmizlə keçirdiyimiz vaxtdan daha çoxunu iş yerimizdə keçiririk. Amma bu yuvanı dözülməz hala gətirən bəzi xarakterlər vardır. Bu məqalədə onlar haqqında danışmaq istəyirəm. Əgər siz onlardan (Sevilməyən) birisinizsə xahiş edirəm istefa edin :)

1- Mərkəzçi Tiplər: Öz başına qərar verə bilmədiyi üçün hər şeyi baş ofisdəki səlahiyyətlilərlə məsləhətləşən və proseslərin uzanmasına səbəb olan işçilər vardır. 

2- Hər Maildə CC-ə İdarəçiləri əlavə edənlər: Bu işçilər  satqın kimidirlər. Öz aranızda çox rahat həll edə biləcəyiniz bəzi şeyləri sizə mail atarkən CC-ə idarəçini də əlavə edir. 

3- Qeybət qıran İşçilər: Bu tiplər daima kimlərinsə haqqında danışır. Hətta elə bir həddə çatırlar ki, artıq işlərini görməkdənsə sadəcə qiybət üçün mövzu axtarırlar.

4- Özünü sevimli göstərməyə çalışanlar: Bu tiplər daima özlərini mehriban göstərməyə çalışırlar. 

Ən sərfəli kredit üçün müraciət et

5- İşinə həddindən artıq əhəmiyyət verənlər: İşinə əhəmiyyət vermək yaxşı bir davranışdır. Amma bəzən bu əsəb pozucu ola bilər

6- Həmişə işə gecikənlər: İşinə həmişə gec qalanları şirkətin xadiməsindən tutmuş müdirinə qədər heç kim sevməz. Çünki gec qalan işçi, digər yoldaşlarına əlavə iş yükü deməkdir

7- Hər şeydən şikayət edənlər: İşini Sevməyən Şikayətçilər: İşini sevməzlər, amma işə davam edərlər və daima hər şeydən şikayət edərlər.

8- Həmişə telefonla danışanlar

9- Heç bir məsələdə sizə köməkçi ola bilməyənlər: Hansı məsələdə kömək istəsəniz, "bilmirəm ki" deyə cavab verirlər. "Necə bilmirsən axı, neçə ildi  bu işlə məşğulsan" desəniz "nəyi?" Cavabı ilə qarşılaşacaqsınız.

10- Modanı anbəan izləyənlər: Onlar hər paltarını gözəl seçir. Bir çox aksesuarları var. Elə gözəl geyinərlər ki, siz onların yanında zövqsüz qalırsınız. Sanki hər gün işə yox, moda verilişinə gəlirlər

Ən sərfəli krediti almaq üçün müraciət et