Bu tanınmış şirkətin CEO-su dəyişir | Banco.az

Bu tanınmış şirkətin CEO-su dəyişir

Tamara Mustafayeva, Banco.az

L’Oréal Group CEO-su Jean-Paul Agon 9 ildir ki, icra etdiyi vəzifədən getməyə hazırlaşır. Şirkətin yeni mövsüm planlarına görə, Agon növbəti ildən etibarən şirkətdə sədr vəzifəsində çalışmağa başlayacaq. L’Oréal Group-un yeni CEO-su isə Nicolas Hieronimus olacaq.

Nicolas Hieronimus 

33 il əvvəl şirkətə daxil olan və bütün karyerasını müxtəlif ölkə və departamentlərdə L’Oréal Group ailəsinin bir fərdi kimi keçirən Nicolas Hieronimus 2017-ci ildən bəri Departamentlər üzrə vitse-prezident kimi fəaliyyət göstərirdi. Yeni təyinat dünya miqyasında 88 min işçisi olan şirkətib təməl dəyərləri arasında yer alan davamlılıq ruhunu əks etdirir.

Şirkətin yeni CEO vəkili isə Barbara Lavernos olub. Yeni təyinat qadınlar üçün ilham verici layihələr həyata keçirən və həyatın bütün sferalarında onları dəstəkləyən L’Oréal Group-un vizyonu diqqətə çatdırır.

Ən sərfəli kredit üçün müraciət et

Barbara Lavernos

Həmçinin oxu: Samsung ve Xiaomi iPhone 12 seriyasını hədəf aldı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et