Samsung ve Xiaomi iPhone 12 seriyasını hədəf aldı | Banco.az

Samsung ve Xiaomi iPhone 12 seriyasını hədəf aldı

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, Apple 13 oktyabrda yeni iPhone seriyasını təqdim edib. Bütün modelləri A14 Bionic prosessoru, 5G texnologiyası və güclü kameralarla təchiz edilmiş yeni seriya iPhone 12 Pro, Pro Max və iPhone 12 Mini-dən ibarətdir.

Bununla yanaşı, seriyanın heç bir modelinin adapteri yoxdur. Əvəzində isə əlavə olaraq almalı olduğunuz MagSafe və 15W kabelsiz adapteri təqdim edilib. Belə ki, şirkət karbon emissiyasını azaltmaq məqsədilə bu yeni seriyanın qutularından adapter və qulaqlıqları götürüb.

Texnologiya nəhənginin bu cəsarətli addımı müxtəlif rəylərə məruz qalıb. Bəzi internet istifadəçiləri mövzu ilə bağlı öz məyusluqlarını dilə gətiriblər. Şirkətin rəqibləri Samsung və Xiaomi isə rəsmi sosial media hesablarında Apple firmasına "sataşan" yazılar yayımlayıblar.

Samsung "Galaxy-nizə daxildir" yazılı adapter təsviri ilə birlikdə "Galaxy-niz sizə axtardığınızı verir. Adapterdən ən yaxşı kameraya, batareya, yaddaş və hətta 120 Hz ekrana qədər hər bir smartfonun bütün təməl xüsusiyyətlərini.", deyə rəsmi twitter səhifəsində yazıb.

Xiaomi isə telefon qutusundan adapterin çıxdığı bir video yayımlayıb, "Narahat olmayın, #Mi10TPro ilə heç nəyi qutunun xaricində qoymamışıq.", deyə rəsmi twitter səhifəsində yazıb.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Apple iPhone 12 seriyasını TƏQDİM ETDİ - QİYMƏTLƏR

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et