Bu şirkətin rəhbəri 1 milyard dollarlıq illik bonusunu kimə hədiyyə verəcək? | Banco.az

Bu şirkətin rəhbəri 1 milyard dollarlıq illik bonusunu kimə hədiyyə verəcək?

Xiaomi şirkəti təsisçi Lei Jun-a illik bonuslarını təqdim edib. Təqdim edilən bonuslar şirkətin 636,6 milyonluq səhmləridir. 9 aprel tarixində HonKonq fond birjasının bağlanma anında paketin ümumi dəyəri 962 milyon dollar qiymətində dəyərləndirilib. Xiaomi şirkəti açıqlama zamanı əslində Leinin sadiqliyi müqabilində ona bu üsulla təşəkkür etdiklərini qeyd ediblər.

Həmçinin oxu: “Xiaomi” 5G smartfonunu təqdim edib

Ən sərfəli kredit üçün müraciət et

Şirkət rəhbəri vergiləri ödədikdən sonra, bonus şəklində qazandığı səhmləri xeyriyyə məqsədi ilə istifadə edəcəyini bildirib. Qeyd edək ki, bonus Ley-in rəhbər postunda qazandığı digər (maaş, dividentlər) əlavə ödənişlərdən biridir. Bu tip korporativ ödənişlər barədə şirkət hələ də açıqlama vermir.

2018-ci ilin nəticələrinə görə Xiaomi 1,3 milyard dollar gəlir əldə edib.

IDC agentliyinin apardığı araşdırmaya əsasən, Xiaomi brendi il ərzində 122,6 milyon smartfon satışa çıxarıb. Bu göstərici məşhur brendin Samsung, Apple, Huawei kimi smartfon istehsalçısı olan nəhənglərin siyahısında 4-cü olaraq yerləşməsini təmin edib.

Günel Gözəlova, Banco.az