Dünyada smartfon istehsalına görə dördüncü olan Çinin "Xiaomi" ("Siaomi) şirkəti 5G mobil şəbəkəsini dəstəkləyən smartfonunu təqdim edib.
İspaniyanın Barselona şəhərində keçirilən Mobil Dünya Konqresi zamanı təqdim olunan Mi Mix 3 smartfonu may ayından satışa çıxarılacaq. Qara və mavi rənglərdə dizayn ediləcək telefonlar müştərilərə təxminən 510 ABŞ dollarına təklif olunacaq.
Şirkətin məhsul menecmenti üzrə direktoru Donovan Sunq ümidvar olduğunu deyib ki, münasib qiymət yeni smartfonu 5G şəbəkəsini dəstəkləyən mobil telefona sahib olmaq istəyənlər üçün daha əlçatan edəcək.
Fed.az