Bu şirkət tarixinin ən böyük rüblük zərəri ilə üzləşib | Banco.az

Bu şirkət tarixinin ən böyük rüblük zərəri ilə üzləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Intel” I rübdə bu vaxta qədərki ən yüksək rüblük zərərini açıqlayıb.

Banco.az xəbər verir ki, dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan “Intel” yanvar-mart aylarını əhatə edən birinci rüb üzrə balans hesabatını dərc edib.

Buradan görünür ki, şirkət sözügedən dövrdə 2,8 milyard dollarla tarixinin ən yüksək rüblük zərəri ilə üzləşib.

Belə ki, “Intel”in ilin I rübündəki gəliri əvvəlki ilin eyni dövrünə görə 36 faiz azalaraq 11,7 milyard dollara düşüb. Şirkət ötən ilin bu dövründə 18,4 milyard dollar gəlir əldə etdiyini açıqlamışdı.

“Intel” 2023-cü ilin I rübündə həmçinin 2,8 milyard dollar xalis zərər də qeyd edib. Ötən ilin eyni dövründə şirkət 8,1 milyard dollar xalis mənfəət əldə etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Mikroçip istehsalçısı bu dövr üzrə səhmbaşına 0,66 dollar zərərlə də qarşı-qarşıya qalıb. Şirkət ötən ilin eyni rübündə hər səhmə görə 1,98 dollar mənfəət qazandığını elan etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et