Bu şirkət qeyri-adi dizaynda tibbi maska istehsal etdi | Banco.az

Bu şirkət qeyri-adi dizaynda tibbi maska istehsal etdi

Tamara Mustafayeva, Banco.az

Pandemiya səbəbilə tibbi maskalar artıq həyatımızın bir hissəsinə çevrilib ki, bu da öz növbəsində bəzi şirkətlərin yaradıcı dizaynda tibbi maskalar istehsal etməsinə gətirib çıxarır. "Nagaya Baskı" adlı yapon şirkət vizitkart funksiyası daşıyan və yenidən istifadə edilə bilən maskalar istehsal etməyə başlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkətin "Meishi" (yaponca vizitkart deməkdir) adlandırdığı bu yenidən istifadə edilə bilən maskalar sifarişlə hazırlanır.

Üç müxtəlif dizaynda maskaların hazırlanması həyata keçirilir. Bunlardan standart formaya ən yaxın olan versiyasının üzərində ad, şirkətin adı və loqosu əks olunur. Digər bir dizayn nümunəsində isə şəxsin adı daha çox ön plana çıxarılır. Nəhayət sonuncu versiyada digər informasiyalarla yanaşı, şəxsin profil fotoşəklinə də yer verilir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: 9 dildə tərcümə etmək funksiyası olan maska istehsal edildi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et