Bu şirkət məsafədən iş rejimini 2021-ci ilin iyul ayınadək uzatdı | Banco.az

Bu şirkət məsafədən iş rejimini 2021-ci ilin iyul ayınadək uzatdı

Tamara Mustafayeva, Banco.az

Microsoft şirkətindən Business Insider nəşrinə verilən məlumata görə, şirkət səhiyyə mütəxəssisləri ilə məsləhətdən sonra ABŞ-dakı ofislər başda olmaqla 2021-ci ilin 6 iyul tarixinədək məsafədən iş rejiminə keçiləcəyini elan edib. 

Xatırladaq ki, Microsoft pandemiyanın əvvəlində virusun yayılmasının qarşısını almaq üçün mart ayında ofisləri bağlamışdı. Şirkət işçilərə oktyabr ayınadək məsafədən işləyəcəklərini söyləmiş, ancaq mövcud şəraitə görə ofisə geri dönüş tarixini 2021-ci ilin yanvar ayınadək təxirə salmışdı.

Qeyd edək ki, Microsoft firması ilə yanaşı Amazon, Google və Facebook kimi böyük şirkətlər də ofislərini iyun-iyul 2021 tarixlərinədək açmayacaqlarını elan ediblər.

Həmçinin oxu: Avropa bankları pandemiyadan sonra da məsafədən işləməyi dəstəkləyir

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et