Bu şirkət elektromobil akkumulyatorlarının istehsalı üçün 5,6 milyard dollar xərcləyəcək | Banco.az

Bu şirkət elektromobil akkumulyatorlarının istehsalı üçün 5,6 milyard dollar xərcləyəcək

Tamara Mustafayeva, Banco.az

"Toyota" elektrik avtomobili akkumulyatorlarının istehsalı üçün Şimali Karolina fabrikinə 5,6 milyard dollar sərmayə qoyacaq.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Yaponiyanın avtomobil nəhəngi "Toyota" şirkətindən çərşənbə günü verilən açıqlamaya görə, həm hibrid, həm də akkumulyatorla işləyən elektromobillər üçün akkumulyator istehsal edəcək və ABŞ-da fəaliyyət göstərəcək müəssisəyə əlavə 2,5 milyard dollar sərmayə qoyulacağı məlum olub. "Toyota Battery Manufacturing North Carolina" zavodu 2025-ci ildə fəaliyyətə başlayacaq və obyektə ümumi sərmayə qoyuluşunun 3,8 milyard dollar təşkil edəcəyi planlaşdırılır.

Akkumulyatorlu elektrik avtomobillərinə artan tələbata diqqət çəkən şirkət sözügedən əlavə sərmayə ilə akkumulyator istehsalına ümumi sərmayənin təqribən 5,6 milyard dollar olacağını qeyd edib.

Məlum olduğu kimi, "Toyota" şirkəti dizel və benzinlə işləyən avtomobillərlə yanaşı, hibrid və hidrogen yanacağı ilə işləyən avtomobilləri ilə də tanınır. O, həmçinin "Tesla" və "Volkswagen" kimi nəhənglərin zirvəyə çatmaq üçün mübarizə apardığı, getdikcə artan rəqabətli akkumulyator-elektrik bazarında irəliləyiş əldə etməyə çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et