Bu şirkət elektriklə işləyən insanabənzər robotunu təqdim edib | Banco.az

Bu şirkət elektriklə işləyən insanabənzər robotunu təqdim edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Boston Dynamics” şirkəti elektriklə işləyən insanabənzər robotunu təqdim edib.

Banco.az xəbər verir ki, “Boston Dynamics” şirkəti məşhur hidravlik mühərrikli “Atlas” robotunun istifadəsini dayandıraraq əvəzində yeni elektriklə işləyən “Atlas” robotunu təqdim edib.

Bədən forması insana bənzəyəcək şəkildə istehsal edilən və insanların istifadə etdiyi alətlər və ətraf mühitlə əlaqə kimi funksional və eksperimental məqsədlər üçün inkişaf etdirilən insanabənzər robotlardan biri olan “Atlas” artıq elektriklə işləyəcək.

“Hyundai Motor Group”a məxsus “Boston Dynamics” şirkətinin nə üçün elektrikə keçmək istədiyini anlamaq çətin deyil. Belə ki, yeni “Atlas” robotu daha incə və təkmilləşdirilmiş hərəkət diapazonuna malikdir. Robotun yeni xüsusiyyətlərinin onun mümkün iş mühitlərinə uyğunlaşmasını sürətləndirəcəyi gözlənilir.

Onun bazara çıxmazdan əvvəl ilk olaraq “Hyundai” fabriklərində istismara veriləcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, insanabənzər robot layihəsi üzərində işləyən “Figure”, “1X”, “Agility”, “Sanctuary” və “Tesla” kimi başqa layihələr də var. Bu şirkətlər də eynilə kommersiya robot texnologiyasının inkişafına diqqət yetirirlər və onlar arasındakı rəqabət gələcək sənaye robototexnika sahəsinin formalaşmasında mühüm rol oynayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et