Bu şirkət 20 ildən sonra ilk dəfə zərərə uğradığını açıqladı | Banco.az

Bu şirkət 20 ildən sonra ilk dəfə zərərə uğradığını açıqladı

Tamara Mustafayeva, Banco.az

Almaniyanın ən böyük hava limanı olan Frankfurt Hava Limanına rəhbərlik edən Fraport şirkəti yeni növ koronavirus pandemiyası səbəbilə tətbiq edilən səyahət məhdudiyyətlərinin nəticəsində ötən il 20 ildən sonra ilk dəfə zərərə uğradığını elan edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, 2020-ci il üzrə maliyyə göstəricilərini açıqlayan Fraport şirkətinin gəlirləri ötən il əvvəlki ilə nəzərən 55,4% geriləyərək 1.45 milyard avro qeydə alınıb. Şirkətin zərəri isə ötən il üzrə 690 milyon avro hesablanıb. 

Şirkətdən bildirilənə görə, Frankfurt Hava Limanının ötən il qəbul etdiyi sərnişin sayı 2019-cu ilə nəzərən 73,4% azalmaqla 18,8 milyona geriləyib. Rəsmilər bu il isə sərnişin sayının 20-25 milyon aralığında dəyişəcəyini proqnozlaşdırırlar.

Onu da qeyd edək ki, Fraport şirkəti ilin sonundək 4 min əməkdaşını işdən çıxarmağa hazırlaşır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et