Bu şəxslərin sərvəti pandemiya dövründə 1 trilyon dollar artdı | Banco.az

Bu şəxslərin sərvəti pandemiya dövründə 1 trilyon dollar artdı

Tamara Mustafayeva, Banco.az

Koronavirus pandemiyası dünya miqyasında həm dövlətləri, həm də əhalini iqtisadi baxımdan çətin vəziyyətə salmağa davam edir. Ancaq Amerikalı milyarderlər isə bu dövrdə qlobal birjalardakı yüksəliş səbəbilə sərvətlərini daha da artırmağa müvəffəq olublar.

Varlıların daha çox vergi verməsi fikrini müdafiə edən Americans for Tax Fairness adlı vətəndaş cəmiyyəti hərəkatının Forbes göstəricilərinə əsasən təqdim etdiyi məlumata görə, koronovirus infeksiyasının qlobal miqyasda pandemiya elan olunduğu 18 mart tarixindən 7 dekabradək ABŞ-dakı 651 milyarderin cəmi sərvəti 1 trilyon 64 milyard dollar artıb. Bununla da, milyarderlərin cəmi sərvəti 4 trilyon 11 milyard dollara çatıb.

ƏN ÇOX İLON MASK QAZANDI

Sözügedən dövrdə dünyanın ən varlı insanı olan Amazon şirkətinin təsisçisi Ceff Bezosun sərvəti 71,4 milyard dollar yüksələrək 184,4 milyard dollara çatıb. Koronavirus pandemiyası dövründə sərvətini ən çox artıran isə Tesla və SpaceX şirkətlərinin təsisçisi İlon Mask olub. Onun sərvəti 118,5 milyard dollarlıq artımla 143,1 miyard dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Microsoft şirkətinin təsisçisi Bill Qeytsin sərvəti 20,7 milyard dollar artaraq 118,7 milyard dollar, Facebook şirkətinin təsisçisi Mark Zuckerbergin sərvəti isə 50,1 milyard dollar artaraq 104,8 milyard dollara çatıb.

Həmçinin oxu: Pandemiya dövründə alıcıların 20 faizi marketini dəyişdirdi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram