Bu səviyyələri öyrənsəniz, effektiv komanda işi sərgiləyə bilərsiniz | Banco.az

Bu səviyyələri öyrənsəniz, effektiv komanda işi sərgiləyə bilərsiniz

Komanda işi — hər hansı təşkilatdakı fərqli mədəniyyətlərin nümayəndələrinin ümumi məqsədlərə çatmaq üçün səmərəli əməkdaşlıq etməsidir.

4 tip ifadə səviyyəsi mövcuddur.

Səviyyə 1. Effektiv şəkildə əməkdaşlıq edir.

Həvəslə əməkdaşlıq edir. Başqalarından məsləhət almaqdan çəkinmir.

Ehtiyac yarananda başqalarına kömək etmək üçün əlavə səy göstərir.

Fərqli şöbələrdə, təşkilatlarda və icmalarda tapşırıqların yerinə yetirilməsi yollarının fərqli olduğunu qəbul edir.

Səviyyə 2. Başqalarını cəlb edir.

Cəmiyyətin müxtəlif təbəqələrinə məxsus olan insanları aktiv şəkildə komandaya daxil edir.

Bacarıq və fikirlərin müxtəlifliyindən ən yaxşı şəkildə istifadə edir.

Başqalarına ən yaxşı həll yollarını tapmağa kömək etmək üçün vaxtını əsirgəmir.

Başqaları barədə pis danışmır.

Digər təşkilatlar və mədəniyyətləri öyrənməyə və anlamağa vaxt ayırır.

 

Həmçinin oxu: Bu nüanslara diqqət etməsəniz karyeranız məhv ola bilər

Səviyyə 3. Komanda qurur.

Məlumat və yeni bilikləri həmkarları ilə həvəslə bölüşür.

Komanda daxilindəki münaqişələri və ya problemləri müsbət və açıq şəkildə həll etməyə çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Bütün komanda üzvləri ilə aydın geri əlaqəni təmin edir.

Fərqli maraqlar və planlar anlayışından istifadə edərək mümkün olan ən yaxşı nəticəni əldə etməyə fokuslanır.

Dinamikanı anlamaq və komanda enerjisini tarazlıqda saxlamaq üçün emosional qavrayışdan istifadə edir.

Səviyyə 4. Qrup işini qurur.

Effektiv komanda işinin qarşısında yarana biləcək maneələri aradan qaldıraraq əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Başqalarını da eyni şeyi etməyə dəvət edir.

Bu, əməkdaşlığa yönəlmiş davranış modelidir.

Komanda layihələri üçün vaxt və resurs ayırır.

Mənfi göstəricilər:

Özünü başqalarından yüksək qiymətləndirir və digərlərinin müəssisəyə verdiyi töhfəyə dəyər vermir.

Vacib məlumatları özü və ya bilavasitə şöbə üçün gizlədir.

Bütün mədəniyyətlərin və ya icmaların eyni olduğunu güman edir.

Şəxsi maraqlarına uyğun tərzdə seçici şəkildə əməkdaşlıq edir.

Həmkarlarına yuxarıdan-aşağı baxır və bunu danışığında, davranışında da biruzə verir.

Həmçinin oxu: Həmkarlar yalan danışarsa nə etmək lazımdır?

Nigar Umaxanlı, Finco.az