Həmkarlar yalan danışarsa nə etmək lazımdır? | Banco.az

Həmkarlar yalan danışarsa nə etmək lazımdır?

Ən kiçik yalanın da nəticələri olur. Buna görə də heç vaxt yalan danışmamaq məsləhət görülür.

Bəs sizə və ya gözlərinizin qarşısında başqasına yalan danışırlarsa? Bu, iş yerində baş veribsə, necə davranmaq lazımdır?

Bir həmkarınızın yalanını ifşa etmisinizsə, deməli, bütün kollektivin rifahı sizdən asılıdır. Qəliz situasiyadır. Çünki həm həmkarlarla münasibətləri, həm də yalançı adamın nüfuzunu qorumaq istəyəndə vəziyyət ümidsiz görünə bilər.

Həmçinin oxu: Bu nüanslara diqqət etməsəniz karyeranız məhv ola bilər

Həmkarın yalan danışdığını öyrəndikdən sonra necə davranmalısınız?

Hisslərinizi cilovlayın.

Dərhal ittihamlarla yalan danışanın üstünə düşməyin. Bu, yanlış addımdır. Birincisi, həmin şəxs həqiqəti söyləmiş də ola bilər, bəlkə də, siz səhv etmisiniz. Boş yerə iş yoldaşınızla münasibəti korlamayın. İkincisi, işçi, doğrudan da, yalan danışmış olsa belə onu bu hərəkətə nəyin təhrik etdiyini anlamalısınız.

Səbəbləri öyrənin.

Yalan danışmağın bir çox səbəbləri mövcuddur. Bütün bu səbəblərin özəyində qorxu və özünə inamsızlıq dayanır.

Ən sərfəli kredit üçün müraciət et

Həmkarınız layihəni bitirməyə vaxt tapmadı və xəstə olduğunu bəhanə elədi? Mühüm sənədləri itirməkdə günahlandırıldığı zaman yalan danışaraq özünü vəziyyətdən çıxartdı? Deməli, ya qorxur, ya da özünə qarşı inamsızdır.

Bəlkə də, bu insan hətta özünə qarşı da dürüst olmaqdan çəkinir, odur ki, nifrət etməyə tələsməyin, əvvəlcə onu başa düşün. Nə qədər qəribə səslənsə də, yalançılara anlayışla yanaşmağı öyrənin.

Həmçinin oxu: İş yoldaşlarımızdan gizlətməli olduğumuz 8 sirr

Həmkarınıza imkan verin ki, özü etiraf etsin.

Yalançının günahını boynuna alması üçün onu divara dirəmək kifayət deyil. Düşünün, yalan müdafiə vasitəsidirsə, yalançı yalnız tərəfindən təhdid hiss etmədiyi birinə əməlini etiraf edə bilər. Həmin həmkarın etimadını qazanmaq və onu etiraf etməyə yumşaq bir şəkildə, empatiya göstərərək vadar etmək məqsədəuyğundur.

Kollektivə söyləməkdə kömək edin.

Əgər üzə çıxardığınız yalan kollektivdəki münasibətlərə və ya şirkətin nüfuzuna xələl gətirə bilərsə, həmkarınızdan xahiş edin ki, hər şey üçün gec olmadan rəhbərliyə, yaxud həmkarlara yalan dediyini etiraf etsin. Bu insanın inamını qazanmısınızsa, sizə açıqladığı həqiqəti digərlərinə də danışmağa cəsarətləndirəcəksiniz.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et