Bu sektorda minlərlə insan işdən çıxarılacaq | Banco.az

Bu sektorda minlərlə insan işdən çıxarılacaq

Tamara Mustafayeva, Banco.az

Koronavirus pandemiyası səbəbilə həyata keçirilən karantin tədbirləri və səyahət qadağalarından ən çox təsir görən sektorlardan biri olan havaçılıq sektorundan məyusedici xəbərlər gəlməyə davam edir. Airbus, Air France-KLM və Ryanair hava yolu şirkətləri 20 mindən çox əməkdaşını işdən çıxarmağı planlaşdırır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Avropanın təyyarə istehsalçısı Airbus yaxın zamanda 15 minə yaxın işçisi ilə yollarını ayıracaq. Şirkətin təyyarə istehsalını da qarşıdakı iki il ərzində 40% azaltması proqnozlaşdırılır.

Digər bir aviaşirkət Air France-KLM də böyük həcmli işdən çıxarma əməliyyatına hazırlaşır. Şirkət 2022-ci ilin sonuna qədər 6 min 500 əməkdaşının işini sonlandıracaq. Qeyd edək ki, işdən çıxarılacaq personalın əksər hissəsi yerüstü xidmət bölməsinə aid olacaq.

İngiltərənin aşağı gəlirli hava yolu şirkəti olan easyJet də İngiltərədəki pilotlarının üçdə birini, yəni 727 pilotu işdən çıxarmağa hazırlaşır. Şirkət may ayında etdiyi açıqlamasında sektorda rəqabətə davam edə bilmək üçün ümumilikdə 4 min 500 nəfəri işdən çıxarmalı olduqlarını bildirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Koronavirus pandemiyası təyyarə səfərlərində nəyi dəyişdirdi?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et