Bu şəhərdə içməli su qıtlığı yarana bilər | Banco.az

Bu şəhərdə içməli su qıtlığı yarana bilər

Müəllif - Aida İsaq, Banco.az

Almaniyada bərpa olunan enerji mənbələrinə aktiv keçid planı paytaxt Berlində sakinlər üçün mənfi nəticələrə səbəb ola bilər. 

Banco.az xəbər verir ki, yaxınlıqdakı bölgələrdə qəhvəyi kömür hasilatının kəskin azalması ölkənin ən böyük şəhərində su qıtlığının yaranmasına gətirib çıxara bilər. Belə ki, kömür hasilatının azalması nəticəsində Almaniya paytaxtının sakinləri içməli su təminatı sual altında qalır. Həddindən artıq isti və quraq yay günlərində Berlinin əsas çayı olan Şpri çayının suyu nasoslar vasitəsilə yuxarıya doğru sovrulur. 

Qeyd olunur ki, ölkənin kömürdən uzaqlaşması mühüm su resursu mənbəsinin itirilməsi deməkdir. Eyni zamanda, nəticədə təbii axının tərsinə çevrilməsi daha tez-tez baş verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et