Bu şəhərdə COVID-19 mağazası fəaliyyətə başlayıb | Banco.az

Bu şəhərdə COVID-19 mağazası fəaliyyətə başlayıb

Tamara Mustafayeva, Banco.az

Koronavirus pandemiyası dövründə insanların ehtiyacı olan maska və dezinfeksiyaedici məhsulların satıldığı "COVID-19 Essential" adlı yeni mağaza açılıb.

COVID-19 Essentials pop-up offers in-demand supplies for pandemic ...

Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-ın Florida ştatının ikinci böyük şəhəri olan Mayamidə fəaliyyətə başlayan bu mağazanın sahibi "COVID-19 üçün nə lazımdırsa, bizdə var. Tələb hər kəsə məlumdur, insanlar hər yerdə maska və dezinfeksiyaedici məhsullar axtarır.", deyə açıqlama edib.

Mağazaya daxil olmaq istəyən müştərilər əvvəlcə lazımi yoxlanışdan keçir, temperatur səviyyələri ölçülür, maska taxıb taxmadıqlarına baxılır.

Sözügedən mağazada fərdi dizayn edilmiş termometrlər, maskalar, əlcəklər, təmassız qapı açanlar, telefon təmizləyiciləri və çoxlu sayda dezinfeksiyaedici məhsullar mövcuddur. Müştərilən yuyula bilən materialdan hazırlanan maskaları alıb arzu etdikləri naxış və yazılarla bəzəyə bilirlər.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Hansı maskalar daha yaxşı qoruyur?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et