Bu ilin yanvar-iyun aylarında Azərbaycan 385 852,83 min ABŞ dolları dəyərində 486 643,62 ton neft məhsulları ixrac edib.
Dövlət Gömrük Komitəsinin hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə, həcmi isə 73% çox olub.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Qeyd edək ki, Azərbaycan neft məhsullarının ixrac coğrafiyasına Ermənistan da daxildir.
