Bu peşələrə yiyələnməklə dünyanı qarış-qarış gəzə bilərsiniz | Banco.az

Bu peşələrə yiyələnməklə dünyanı qarış-qarış gəzə bilərsiniz

Müəllif: Tamara Mustafayeva, Banco.az

İş üçün səyahət etmək güman ki, əyləncə məqsədilə səyahətdən fəqlidir, lakin yeni şəhərlər, mədəniyyətlər, insanlar tanımaq istəyənlər üçün təyyarədə olmaq masa arxasında əyləşməkdən daha xoş səslənir. Beləliklə, əgər səyahət etməyi xoşlayırsınızsa, onda sizə işləyərkən səyahət etmə imkanı yaradan 9 peşə sahəsi ilə tanış olaq:

Kruiz barmeni

Gəmidə səyahət edərək həm gəlir əldə edə, həm də dünyanın hər yerindən yeni dostlarla tanış ola bilərsiniz. Gəmidə işləmək o deməkdir ki, siz bütün vaxtınızı səyahət edərək keçirirsiniz və bu, yeni yerlər kəşf etmək istəyən insanların xəyal etdikləri işdir.

Geoloq

Yerin əmələgəlməsi, tərkibi, quruluşu, hərəkətləri, onun inkişaf tarixi, faydalı qazıntıların mənşəyi, onların yerləşməsi qanunauyğunluqları və kəşfiyyat üsullarını öyrənərək həm pul qazanmaq, həm də dünyanı səyahət etmək istəyirsinizsə, bu peşə məhz sizin üçündür.

Pilot

Pilotlar da işlərinin tələbinə uyğun olaraq bütün vaxtlarını dünyanı səfər edərək keçirir, bu zaman həmçinin yüksək gəlir əldə edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Tədbir meneceri

Əgər siz insanlarla asan ünsiyyət qura bilir və tədbirlər təşkil etmə bacarığına sahibsinizsə, bu peşə sahəsi məhz sizin üçündür. Tədbir meneceri olaraq siz həm arzu etdiyiniz əmək haqqını əldə edə, həm də dünyanın bir çox ölkəsinə təbdirlərin təşkili ilə bağlı səfər edə bilərsiniz.

Stüard/stüardessa

Pilotlar kimi stüard/stüardessalar da öz işlərinin bir hissəsi olaraq dünyanın demək olar ki, hər yerinə səfər edirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et