Səyahət imkanı yaradan 9 peşə sahəsi | Banco.az

Səyahət imkanı yaradan 9 peşə sahəsi

Tamara Mustafayeva

İş üçün səyahət etmək güman ki, əyləncə məqsədilə səyahətdən fəqlidir, lakin yeni şəhərlər, mədəniyyətlər, insanlar tanımaq istəyənlər üçün təyyarədə olmaq masa arxasında əyləşməkdən daha xoş səslənir. Beləliklə, əgər səyahət etməyi xoşlayırsınızsa, onda sizə işləyərkən səyahət etmə imkanı yaradan 9 peşə sahəsi ilə tanış olaq:

Baş məsləhətçi

Bu işdə çalışaraq siz həm yüksək maaş ala bilərsiniz, həm də vaxtınızın 80%-ni iş səhayətində keçirə bilərsiniz. İş öhdəliklərinə təşkilati strukturların analizinin aparılması, fəaliyyət yaxşılaşdırılması səviyyəsinin izlənilməsi, seminarların hazırlanması və təqdimatı və müntəzəm olaraq hesabatların hazırlanıb təqdim edilməsi daxildir.

Kruiz barmeni

Gəmidə səyahət edərək həm gəlir əldə edə, həm də dünyanın hər yerindən yeni dostlarla tanış ola bilərsiniz. Gəmidə işləmək o deməkdir ki, siz bütün vaxtınızı səyahət edərək keçirirsiniz və bu, yeni yerlər kəşf etmək istəyən insanların xəyal etdikləri işdir.

Yük maşını sürücüsü

Bu işdə çalışmaq bir çox insana kifayət qədər cəlbedici gəlməsə də, yük maşını sürücüsü işləməklə də siz dünyanın əksər yerinə səfər edə bilərsiniz.

Geoloq

Yerin əmələgəlməsi, tərkibi, quruluşu, hərəkətləri, onun inkişaf tarixi, faydalı qazıntıların mənşəyi, onların yerləşməsi qanunauyğunluqları və kəşfiyyat üsullarını öyrənərək həm pul qazanmaq, həm də dünyanı səyahət etmək istəyirsinizsə, bu peşə məhz sizin üçündür.

Pilot

Ən sərfəli kredit üçün müraciət et

Pilotlar da işlərinin tələbinə uyğun olaraq bütün vaxtlarını dünyanı səfər edərək keçirir, bu zaman həmçinin yüksək gəlir əldə edirlər.

Yaxta kapitanı

Əgər şəxsi yaxtanız yoxdursa, o zaman başqasının yaxtasını idarə edə bilərsiniz. Vaxtınızın əksər hissəsi suda keçməklə bərabər dünyanın ən gözəl yerlərini də görmə imkanına sahib olacaqsınız.

Tədbir meneceri

Əgər siz insanlarla asan ünsiyyət qura bilir və tədbirlər təşkil etmə bacarığına sahibsinizsə, bu peşə sahəsi məhz sizin üçündür. Tədbir meneceri olaraq siz həm arzu etdiyiniz əmək haqqını əldə edə, həm də dünyanın bir çox ölkəsinə təbdirlərin təşkili ilə bağlı səfər edə bilərsiniz.

Həkim/tibb bacısı

Bu peşə sahəsində çalışaraq siz insanların sağlamlığının qayğısına qalmaq üçün dünyanın hər yerinə səyahət edə bilərsiniz.

Stüard/stüardessa

Pilotlar kimi stüard/stüardessalar da öz işlərinin bir hissəsi olaraq dünyanın demək olar ki, hər yerinə səfər edirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et