Bu ölkənin qaçqınların qəbulu üzrə xərcləri 1 milyard avrodan çox artıb | Banco.az

Bu ölkənin qaçqınların qəbulu üzrə xərcləri 1 milyard avrodan çox artıb

Müəllif:Ayşən İmanova/Banco.az

Niderland hakimiyyətinin ötən il qaçqınların qəbulu üzrə xərcləri 2,7 milyard avro təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 1 milyard avrodan çoxdur.

Banco.az xəbər verir ki, bu barədə "NRC" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, 2022-ci ildə qaçqınların qəbuluna ümumilikdə 1,6 milyard avro xərclənib. Artım, əsasən, böhran vəziyyətlərində müvəqqəti yaşayış yerlərinin təşkili xərclərinin yüksək olması ilə bağlıdır. Ötən il buna tələbat təxminən üçdə bir artıb.

Sığınacaq Axtaranların Qəbulu üzrə Mərkəzi Agentliyin məlumatına görə,2023-cü ildə böhran vəziyyətlərində müvəqqəti yaşayış yeri adambaşına 69,4 min avroya başa gəlib ki, bu da adi yerləşdirmə qiymətindən iki dəfə çoxdur.

Bildirilib ki, ölkəyə ümumilikdə 56 min qaçqın gəlib ki, bu da 2022-ci illə müqayisədə 1000 nəfər çoxdur. Onların təqribən yarısı (26 mindən çoxu) Suriyadan gəlib. İkinci və üçüncü yerlərdə Türkiyə (4,5 min nəfər) və Yəmən (3,7 min nəfər) qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Ukraynalı qaçqınlar bu statistikada nəzərə alınmır, çünki onlar ayrıca kateqoriyaya daxil edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et