Müəllif - Aida İsaq, Banco.az
2023-cü ildə Rusiyanın əmək bazarında 50 yaşdan yuxarı namizədlərə təlabat artacaq.
Banco.az xəbər verir ki, bu barədə “Synergy Corporation” karyera mərkəzinin direktoru Anna Rudakova bildirib. Onun sözlərinə görə, buna miqrantların getməsi, pandemiya məhdudiyyətləri, qismən səfərbərlik və əmək qabiliyyətli əhalinin bir hissəsinin xaricə getməsi təsir göstərib. Ekspert həmçinin gənclərin bir o qədər də həvəs göstərmədiyi sahələrə üz tutan 50 yaşdan yuxarı müraciətçilərin kifayət qədər olduğunu bildirib. Eyni zamanda bu yaş kateqoriyasına daxil olan namizədlərin qaydalara daha məsuliyyətlə yanaşması, maaş gözləntilərinin yüksək olmaması şirkətlərin də diqqətini çəkib. Lakin qeyd olunur ki, əmək bazaı yaşlı nəslin bütün namizədlərini qəbul etməyə hazır deyil.
Bizi sosial şəbəkələrdən izləyin!!